“Avropalılar İrəvanı da buna cəlb etdilər" – RƏSMİ MOSKVA

Hazırda oxunan: “Avropalılar İrəvanı da buna cəlb etdilər" – RƏSMİ MOSKVA

612587

Ermənistan rəhbərliyi Volodimir Zelenskinin İrəvana səfəri zamanı Moskvaya qarşı etdiyi "iyrənc hücumları" sanki görməzdən gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin TASS-a müsahibəsində bildirib.
 

"Moskvada Vladimir Zelenskinin İrəvana Brüssel tərəfindən təşkil edilmiş səfərini və onun Rusiyaya qarşı yönəlmiş iyrənc çıxışlarını qeydə aldıq. Ermənistan tərəfi isə bu çıxışları qəsdən görməzdən gəlməyə çalışdı", — deyə diplomat qeyd edib.


Kaluqinin sözlərinə görə, Ermənistanda Avropa Siyasi Birliyinin və Ermənistan-Aİ sammitlərinin keçirilməsi, xüsusən də parlament seçkiləri ərəfəsində erməni əhalisi üçün cazibədar bir "Avropa ilğımı" yaratmaq məqsədi daşıyır.

O, Aİ-nin vəd etdiyi 2,5 milyard avroluq "mümkün investisiyalar"ın bir neçə il əvvəl də vəd edildiyini, lakin bu vəsaitin hələ də tapılmadığını vurğulayıb:

"Avropalılar hələ mövcud olmayan bir şeyi artıq neçənci dəfədir ki, yenidən “satmağa” çalışırlar".

Diplomat həmçinin diqqətə çatdırıb ki, Aİ ilə birgə bəyanatda respublikanın enerji təhlükəsizliyinin əsas sütunlarından biri olan Metsamor AES-in istismardan çıxarılmasının vacibliyi də qeyd olunub.

Kaluqin əlavə edib ki, Brüssel Ermənistanın maraqlarını düşünmədən ölkəni öz siyasi layihələri üçün əlverişli platforma kimi istifadə edir:

"Avropalılar respublikaya öz rusofob gündəmlərini gətirdilər və istər-istəməz İrəvanı da buna cəlb etdilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin