Azərbaycan Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb.
Bizim.Media xəbər verir ki, nazirlikdən verilən xəbərə görə, çoxsaylı müraciətlərin olduğu nəzərə alınaraq, müsabiqəyə qeydiyyat 15 may 2026-cı il saat 18:00-dək aparılacaq.
Bildirilib ki, müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet portalında "Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçmək zəruridir.
Müsabiqə prosesi barədə daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:33 / 08.05.2026
Azərbaycan XİN elan etdiyi müsabiqənin müddətini UZATDI
Hazırda oxunan: Azərbaycan XİN elan etdiyi müsabiqənin müddətini UZATDI
Hazırda oxunan: Azərbaycan XİN elan etdiyi müsabiqənin müddətini UZATDI
612004
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































