Səhər acqarına su içmək maddələr mübadiləsini sürətləndirə və orqanizmi oyada bilər.
Bizim.Media xəbər verir ki, “Harvard Health Publishing” tərəfindən paylaşılan məlumatlara görə, səhər yuxudan oyandıqdan sonra su içmək bədənin gecə ərzində itirdiyi mayeni bərpa edir və orqanların fəaliyyətini aktivləşdirir.
Məlumata görə, acqarına içilən 1–2 stəkan su həzm sisteminin işini yaxşılaşdırır, toksinlərin orqanizmdən daha tez xaric olunmasına kömək edir və gün ərzində enerji səviyyəsini artırır.
Araşdırmalarda qeyd olunur ki, günə su ilə başlamaq iştahın tənzimlənməsinə də müsbət təsir göstərə bilər və bu, xüsusilə çəkiyə nəzarət etmək istəyənlər üçün faydalıdır.
Mütəxəssislər bildirir ki, suyun temperaturu da önəmlidir – çox soyuq deyil, ilıq su içmək orqanizm üçün daha rahat qəbul olunur.
Qeyd edilir ki, gündəlik kifayət qədər su qəbulu ümumi sağlamlığın qorunmasında əsas amillərdən biridir.
Bizim.Media































































































