Sumqayıtda avtomobil yolunun niyə çökdüyü açıqlandı - RƏSMİ

Hazırda oxunan: Sumqayıtda avtomobil yolunun niyə çökdüyü açıqlandı - RƏSMİ

611354

Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 600 mm diametrli kanalizasiya xəttində çökmə baş verib.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti asfalt yolda oyuq yaranmasının səbəbinə aydınlıq gətirərkən məlumat verib.

Bildirilib ki, hazırda ərazidə müvafiq qurumlar tərəfindən təhlükəsizlik tədbirləri həyata keçirilir, hadisə yerinə giriş-çıxış nəzarətə götürülüb.

“Bildiririk ki, yaranmış problemin aradan qaldırılması məqsədilə sabahdan etibarən təmir-bərpa işlərinə başlanılacaq və işlərin qısa müddətdə yekunlaşdırılması üçün bütün zəruri tədbirlər görüləcəkdir”, - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin