Goranboyda AĞIR QƏZA – Ölən və yaralananlar var – FOTO

Hazırda oxunan: Goranboyda AĞIR QƏZA – Ölən və yaralananlar var – FOTO

610479

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza Bakı–Qazax–Gürcüstan magistral avtomobil yolunun 339-cu kilometrliyində, rayonun Sarovlu kəndi ərazisində qeydə alınıb.
 

Goranboy rayonunun Azad kənd sakini, 2003-cü il təvəllüdlü İlkin Cəfərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və əvvəlcə arakəsməyə, sonra isə Sarovlu kəndində yerləşən marketlərdən birinin dəmir hasarına çırpılıb. Nəticədə sürücü hadisə yerində həyatını itirib.


Avtomobildə olan sərnişin - rayonun Azad kənd sakini, 2006-cı il təvəllüdlü Cavad Əliyev ağır bədən xəsarətləri alıb. O Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin