May ayına bir neçə gün qalıb... Bir metr qar yağdı

Hazırda oxunan: May ayına bir neçə gün qalıb... Bir metr qar yağdı

608990

Bursada yağan qar Uludağ dağını yenidən ağ örpəyə bürüyüb.

Bizim.Media xəbər verir ki, "lent.az”ın Türkiyə mediasına istinadən xəbərinə görə, aprelin 23-də bölgədə qarın qalınlığı 1 metrə çatıb.
 

Xizək mövsümünün başa çatmasına baxmayaraq, yağan qar xüsusilə ziyarətçilərin axınına səbəb olub. Bəzi xizək mərkəzlərinin yenidən fəaliyyətlərini davam etdirdiyi müşahidə edilib.


Meteoroloji məlumatlara görə, bölgədə havanın temperaturu gündüz müsbət 4, axşam isə mənfi 1 dərəcə qeydə alınıb.

Mütəxəssislər soyuq havanın may ayında da təsirini davam etdirə biləcəyini və yüksək ərazilərdə zaman-zaman qar yağışının müşahidə olunacağını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin