8 iranlı qadınlarla bağlı Trampın iddiası təkzib edildi

Hazırda oxunan: 8 iranlı qadınlarla bağlı Trampın iddiası təkzib edildi

608541

İranın məhkəmə orqanları ABŞ prezidenti Donald Trampın İranda 8 qadının yaxın zamanda edam ediləcəyi ilə bağlı iddiasını təkzib edib.

Bizim.Media xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin Media Mərkəzi məlumat yayıb.
 

Bildirilib ki, həmin şəxslərin işlərinin dəqiq araşdırılması nəticəsində onların bir qisminin azad edildiyi, bəzilərinin isə barələrində irəli sürülən ittihamlar üzrə məhkəmə hökmü təsdiqlənəcəyi təqdirdə ən sonda həbs cəzasına məhkum ediləcəyi müəyyən olunub.


Məlumata görə, həmin şəxslərin heç biri barəsində edamla nəticələnəcək qəti məhkəmə hökmü yoxdur.

Qeyd edək ki, bir neçə saat əvvəl Tramp paylaşımında İranda edam təhlükəsi ilə üzləşən 8 qadına işarə edərək İran rəhbərliyindən onlara zərər vurulmamasını xahiş etmişdi. (apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin