Tirana şəhərində güləş üzrə Avropa çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə Türkiyə millisinin üzvü Rıza Kayaalp döşək üzərinə çıxıb.
36 yaşlı, 130 kq çəki dərəcəsində çıxış edən idmançı finalda macar rəqibi Darius Viteklə qarşılaşıb.
Görüş Kayaalpin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb və o, yarışı çempion kimi başa vurub.
Qeyd edək ki, bu qələbə türkiyəli pəhləvanın Avropa çempionatlarında 13-cü qızıl medalı olmaqla rekord göstəricidir.
Rza Kayaalp Avropa çempionatları tarixində 15-ci dəfə finalda mübarizə aparıb. Təcrübəli idmançı indiyədək qitə birinciliklərində 12 qızıl və 2 gümüş medal qazanıb.

Bizim.Media






































































































