Dəhşətli qəzada ölən şəxs müəllim imiş – FOTO

Hazırda oxunan: Dəhşətli qəzada ölən şəxs müəllim imiş – FOTO

608583

Ötən gün Yasamal rayonu Kənar Dairəvi yolda baş vermiş ağır qəzada həyatını itirən şəxsin kimliyi məlum olub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda AĞIR QƏZA - Yaralılar var - VİDEO


Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Vüqar Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilin “Kamaz”a çırpılması nəticəsində həlak olan şəxs 1974-cü il təvəllüdlü Beyləqan rayon sakini İlhamə Kamranovadır.

O, Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim işləyirmiş.

Təhsil müəssisəsindən saytımıza bildirilib ki, dünən İ.Kamranovanın məktəbdə dərsi olmayıb.

Qeyd edək ki, hadisə nəticəsində sürücü V.Məmmədov və daha 2 qadın sərnişini xəsarət alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin