Kahramanmaraşda orta məktəbə silahlı hücumu həyata keçirən İsa Aras Mersinlinin anası "səhlənkarlıqdan ölümə səbəb olmaq" ittihamı ilə həbs olunaraq həbsxanaya göndərilib.
Bizim.Media bu barədə Türkiyə mediasına istinadla xəbər verir.
Daha əvvəl hadisədən sonra verdiyi ifadələrlə diqqət çəkən Aras Mersinlinin atası Uğur Mersinlinin aprelin 16-da həbs olunduğu açıqlanmışdı.
“Bu gün (21 aprel) liseydə ədəbiyyat müəllimi olan ana Peyman Pınar Mersinli də "səhlənkarlıqdan ölümə səbəb olmaq" ittihamı ilə həbs edilib”, - Təhlükəsizlik Baş İdarəsinin məlumatında qeyd olunub.
Qeyd edək ki, Aprelin 15 aprel 2026-cı ildə Kahramanmaraşda Ayser Çalık orta məktəbində oxuyan 8-ci sinif şagirdinin silahlı hücumu nəticəsində 9 şagird həlak olub, 13 nəfər yaralanıb.
Bizim.Media






































































































