Azərbaycanda bu süd məhsullarında təhlükəli maddə var? - Rəsmi açıqlama

Hazırda oxunan: Azərbaycanda bu süd məhsullarında təhlükəli maddə var? - Rəsmi açıqlama

608549

Mediada Belarusun “Savuşkin Produkt” və “Smoleviçi Moloko” müəssisəsinin istehsalı olan süd məhsullarında aşkar edilmiş uyğunsuzluq barədə yayılan məlumatlar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “qafqazinfo.az”ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
 

Bildirilib ki, Belarusdan Rusiyaya ixrac olunan “Savuşkin Produkt” və “Smoleviçi Moloko” müəssisəsinin istehsalı olan kəsmik məhsulları laborator analiz nəticələrinə əsasən, baytarlıq preparatlarının qalıq miqdarına görə normativ sənədlərin tələblərinə cavab verməyib. “Rusiyada həmin müəssisələrin süd məhsulları üzərində nəzarət tədbirləri gücləndirilib.


Qeyd edək ki, cari il ərzində “Smoleviçi Moloko” müəssisəsi tərəfindən ölkəmizə süd məhsulları idxal edilməyib.

Lakin “Savuşkin Produkt” müəssisəsindən ölkəmizə 7 çeşid süd məhsulu idxal edilib. Cari ilin ötən dövrü ərazində riskəsaslı yanaşma tətbiq edilməklə, həmin məhsullar laborator müayinələrə cəlb edilib. Sınaq nəticələrində hər hansı uyğunsuzluq aşkarlanmayıb.

Bununla belə Agentlik tərəfindən satışda olan və idxal üçün müraciət edilən “Savuşkin Produkt”un bütün süd məhsullarından nümunələr götürülərək müvafiq parametrlər üzrə laborator müayinələrə cəlb ediləcək”, - deyə məlumata əlavə edilib.

Qeyd edək ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Belarusun tanınmış şirkətinin istehsal etdiyi “Savuşkin product” və “Smoleviçi moloko” kəsmiklərində təhlükəli maddə tapılması ilə bağlı məlumat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin