Quba qəzasında xəsarət alan sərnişin xəstəxanada öldü

Hazırda oxunan: Quba qəzasında xəsarət alan sərnişin xəstəxanada öldü

608578

Quba rayonu ərazisində, Dəlləkli kəndi yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı daha bir acı xəbər yayılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Qubada QƏZA: Avtomobil ağaca çırpıldı


Bizim.Media-nın məlumatına görə, rayon sakini Saməddin Hüseynovun idarə etdiyi “Chevrolet” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü və 3 sərnişin xəsarət almışdı.

Quba Rayon Mərkəzi Xəstəxanasında müalicə alan sərnişinlərdən biri - Vüqar Zərbəliyev ötən gecə tibb müəssisəsində vəfat edib.

Faktla bağlı araşdırma Quba Rayon Polis Şöbəsi tərəfindən aparılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin