Azərbaycanlı şahmatçı Polşa çempionatında ikinci oldu

Hazırda oxunan: Azərbaycanlı şahmatçı Polşa çempionatında ikinci oldu

608555

Şəki şahmat məktəbinin yetirməsi, uzun illər bu təhsil ocağında şahmatdan dərs deyən, məşqçi Vəfa Məmmədov Polşa çempionatında yüksək nəticəsi ilə yenidən diqqətləri cəlb edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hazırda Polşada yaşayan və şahmatın şirlərini tədris edən Vəfa Məmmədov bu ölkədə təşkil edilən bir sıra turnirlərdə inamlı çıxışları ilə şagirdlərinə motivasiya verir. Belə ki, növbəti turnirlərdən birinə qatılan Vəfa Məmmədov 50–65 yaş kateqoriyası üzrə keçirilən Polşa çempionatında ikinci yerə layiq görülüb.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan şahmatçı Şəkidə doğulub. O, bir müddət Şəki şəhər şahmat məktəbində məşqçi kimi fəaliyyət göstərib. Hazırda isə fəaliyyətini Polşada davam etdirir.  


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin