Gömrük postunda 243 ədəd mobil telefon aşkar edildi

Hazırda oxunan: Gömrük postunda 243 ədəd mobil telefon aşkar edildi

608588

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhd göstərilən 243 ədəd mobil telefon, xeyli sayda mobil telefon aksesuarları və dərman preparatları aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
 

Bildirilib ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkə ərazisinə gələn nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli cizgilər müəyyən olunub.


Yoxlama zamanı nəqliyyat vasitəsinin müxtəlif hissələrindəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən 243 ədəd müxtəlif markalı mobil telefon, mobil telefonlar üçün 298 ədəd enerji doldurucusu və 225 qutu dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin