Rusiyanın Omsk şəhərində kişi kanalizasiya qoxusuna görə onun sahəsindən şikayət edən qonşusuna hücum edib.
Bizim.Media “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə regional prokurorluq məlumat yayıb.
İstintaqın məlumatına görə, mübahisə antisanitar vəziyyət zəminində yaranıb. Qonşulardan birinin sahəsindən kəskin kanalizasiya qoxusu gəldiyi, həmçinin çirkab suların digərinin ərazisinə axdığı bildirilir. Bu vəziyyət tərəflər arasında mübahisəyə səbəb olub.
Şikayət edilən sahənin sahibi qarşı tərəfə bıçaqla hücum edib. Yaralını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, hücum edən şəxs saxlanılıb. Ona 15 ilədək həbs cəzası verilə biləcəyi bildirilir.
Bizim.Media





































































































