Sahil Tahirli: “Əslində, Sara Əzimova vəzifəsindən ayrılmadı” – FOTO

Hazırda oxunan: Sahil Tahirli: “Əslində, Sara Əzimova vəzifəsindən ayrılmadı” – FOTO

607679

“Əslində Sara Əzimova vəzifəsindən ayrılmadı - o, sadəcə Şərq qapısı qəzetindəki missiyasını başa vurdu. Çünki vəzifə bitə bilər, amma Vətənə, torpağa, milli dəyərlərə, Əkinçi qəzeti ənənələrinə xidmət heç vaxt bitmir... o, davam edir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri tanınmış jurnalist Sahil Tahirli sosial şəbəkə hesabında yazıb.

“Qələm varsa, hiss varsa, ruh yaşayırsa — yaratmaq eşqi sönmürsə, Sara Əzimova da hər zaman olacaq. O, sadəcə bir ad deyil, bir mövqedir, bir yolun davamıdır.
 

Biz dostlar üçün vəzifə heç vaxt titul olmayıb — o, hər zaman dövlətimizə xidmət etmək imkanı olub. Dövlətə, Vətənə xidmət isə zamanla ölçülmür, vəzifə ilə məhdudlaşmır... o, ömürlük bir məsuliyyətdir, bir sədaqətdir.


"Şərq qapısı"nın tarixinə saldığın iz həmişə görünəcək!

Uğurlar!”, - deyə Sahil Tahirli qeyd edib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova vəzifəsindən ayrılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin