Artıq xərclərin qarşısını almağın 5 asan yolu

Hazırda oxunan: Artıq xərclərin qarşısını almağın 5 asan yolu

607521

Hədsiz istehlak vərdişlərinin artdığı müasir dövrdə büdcəni qorumaq və ehtiyacdan artıq məhsul almamaq getdikcə çətinləşir.

Bizim.Media bildirir ki, psixoloji tələlərə düşmədən daha şüurlu alış-veriş etmək üçün bir neçə effektiv üsul mövcuddur.

Siyahı hazırlayın: Mağazaya getməzdən əvvəl mütləq ehtiyaclarınızın siyahısını tutun.

Siyahıdan kənara çıxmamaq sizi impulsiv qərarlardan və artıq xərclərdən qoruyacaq.

Nağd ödənişə üstünlük verin: Kredit kartları xərclənən məbləğin real hissini azaldır. Nağd puldan istifadə etdikdə isə büdcənizə daha yaxşı nəzarət edə bilərsiniz.

"30 gün" qaydasını tətbiq edin: Bahalı və qeyri-vacib bir şey almaq istədikdə 30 gün gözləyin.

Bu müddətin sonunda həmin məhsula hələ də ehtiyacınız olduğunu düşünürsünüzsə, o zaman alın.

Endirim tələsinə düşməyin: "Endirimdədir" deyə ehtiyacınız olmayan məhsulu almaq əslində qənaət deyil, əlavə xərcdir. Yalnız həqiqətən ehtiyac duyduğunuz məhsullar endirimdə olduqda faydalanın.

Ackən alış-veriş etməyin: Araşdırmalar göstərir ki, aclıq hissi insanı nəinki qida, həm də digər kateqoriyalardan olan məhsulları daha çox almağa sövq edir.

Qeyd: Şüurlu alış-veriş həm maliyyə vəziyyətinizə müsbət təsir edir, həm də evinizdə gərəksiz əşyaların yığılmasının qarşısını alır. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin