Vahid Əhmədov seçiciləri ilə görüşüb

Hazırda oxunan: Vahid Əhmədov seçiciləri ilə görüşüb

48239

Moderator.az xəbər verir ki, Quba seçicilərini Milli Məclisdə təmsil edən millət vəkili Vahid Əhmədov Quba şəhərindəki ofisində növbəti qəbulunu keçirib. Ənənəyə müvafiq olaraq qəbuldan öncə seçiciləri ilə görüşən millət vəkili, öz fəaliyyəti barədə onlara məlumat verərək seçicilərin suallarına cavab verib. Millət vəkili daha sonra seçiciləri təkbətək qəbul edib. Budəfəki qəbulda 32 Quba sakini və qonşu Xaçmaz rayonundan üç vətəndaş iştirak edib. 

Müraciətlərin əsas hissəsi torpaq məsələsi, işlə təmin olunmaq, xaricdə müalicə üçün köməkliyin göstərilməsi, kəndlərdə içməli su probleminin həlli, ev tikintisi üçün yardımın göstərilməsi, sosial yardımların təyinatı və s. məsələrlər olub. Qeyd etmək alzımdır ki, sosial yardımların təyini ilə bağlı müraciətlərin çoxu əhalinin müvafiq qanunvericilik aktlarından xəbərsiz olmaları ilə bağlıdır.

Həlli operativ şəkildə mümkün olan məsələlər deputat tərəfindən müvafiq mərkəz və Rayon İcra Hakimiyyəti ilə birgə həll edilib, vaxt tələb edən məsələlər nəzarətə götürülərək problemin həlli istiqamətləri müəyyənləşdirilib.

Həmin gün Azərbaycan Respublikasının prezidenti yanında Strateji Ataşdırmalar Mərkəzinin xətti ilə Hindistan Respublikasından Azərbaycana gəlmiş elm xadimi,  alim DR.Niveddita Das Kundi Vahid Əhmədov tərəfindən ofisdə qəbul edilib. Qonaq Quba rayonunun görməli yerləri ilə tanış edilib, bölgə barədə ona məlumat verilib.

Növbəti qəbul iyul ayına planlaşdırılır.


Vahid Əhmədov seçiciləri ilə görüşüb Vahid Əhmədov seçiciləri ilə görüşüb Vahid Əhmədov seçiciləri ilə görüşüb Vahid Əhmədov seçiciləri ilə görüşüb Vahid Əhmədov seçiciləri ilə görüşüb Vahid Əhmədov seçiciləri ilə görüşüb Vahid Əhmədov seçiciləri ilə görüşüb Vahid Əhmədov seçiciləri ilə görüşüb Vahid Əhmədov seçiciləri ilə görüşüb Vahid Əhmədov seçiciləri ilə görüşüb Vahid Əhmədov seçiciləri ilə görüşüb Vahid Əhmədov seçiciləri ilə görüşüb
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin