“Vətəndaş hüququn müxtəlif sahələri var; sosial, mülki, ailə, əmək, istirahət, təhsil, hüquq və s. Şübhəsiz ki, dilindən və dinindən asılı olmayaraq vətəndaşlarımızın bu hüquqları hər yerdə təxminən eyni qaydada pozulur”.
Bu sözləri Moderator.az-a açıqlamasında Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin sədri Mehdibəy Səfərov bildirib. M.Səfərovun qənaətincə, elə problemlər də var ki, bunlar yalnız milli azlıqlara məxsusdur:
“Yuxarıda qeyd etdiyim problemlərdən əlavə, bir də var, vətəndaşlarımızın fundamental konstitusiya hüquqları; ana dili, dini, şərəf və ləyaqət, milli özünü ifadə və s. Bizi narahat edən əsas məsələlərdən biri vətəndaşlarımızın "milli özünü ifadələri" ilə bağlı hüquqlarıdır ki, bu sahə müasir Azərbaycan reallığında çox bərbad bir vəziyyətdədir. Burada heç bir ürəkaçan irəliləyişlərdən söhbət belə gedə bilməz! Əlbəttə, yaşanan bu problemləri ölkəmizin titul etnosu olan azəri türklərinə aid etmək olmaz!”
Seymur Əliyev



































































































