“Azərbaycan müharibəyə başlamaq üçün Ali Baş Komandanın əmrini gözləyir...”
Moderator.az saytına açıqlamasında millət vəkili Zahid Oruc Azərbaycanın müharibəyə hazırlığı haqqında cəmiyyətdə dolaşan fikirlərə münsibət bildirərəkən belə deyib. Onun sözlərinə görə, bu Azərbaycan müharibəyə başlamaq üçün yetəri qədər hərbi hazırlığa malikdir: “Azərbaycan hərtərəfli siyasət aparır. Təbii ki, Azərbaycan torpaqlarını sülh yolu ilə qaytarmağın tərəfdarıdır. Lakin müharibəni başlamaq üçün də yetəri qədər hazırlığa malikdir. Həm hərbi, həm iqtisadi tərəfdən davamlı inkişaf buna icazə verir. Gəlin razılaşaq ki, bu gün Azərbaycan hərtərəfli inkişaf edir. Bu gün Azərbaycanın yalnız sənaye sahəsində əldə etdiyi gəlir 4 milyard dollar civarındadır. Ermənistan isə bütün bu bəşəri proseslərdən kənardadır və işğalçı dövlət təbii ki, təcavüzkar siyasətilə nəhəng beynəlxalq layihələrdən özünü təcrid edib. İqtisadiyyatı çox zəif inkişaf edir, sosial çətinliklərin nəticəsində hər il on minlərlə insan ölkəni tərk edir. Azərbaycanda isə əhalinin sürətli artımı var. Azərbaycan Ordusu hazırda Cənubi Qafqazda ən güclü ordudur”.
Millət vəkilinin sözlərinə görə Azərbaycan müharibəyə hərtərəfli hazırdır: “Hesab edirəm ki, Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasəti də bu yolda müttəfiqlərini müəyyən etmişdir”



































































































