"Azərbaycan vətəndaşlarının fundamental hüquqları kobud sürətdə pozulur" - Fəttah Heydərov

Hazırda oxunan: "Azərbaycan vətəndaşlarının fundamental hüquqları kobud sürətdə pozulur" - Fəttah Heydərov

37961

"Beynəlxalq təşkilatlar ermənistanın təcavüzkar siyasətini "xorla" təsdiq etsələr də işğal faktının aradan qaldırılması ilə bağlı real işə gəldikdə isə ciddi addımlar atmırlar." 

Moderator.az-ın Avopa.info-ya istinadən  məlumatına görə, bunu millət vəkili Fəttah Heydərov tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 20 ildən artıqdır ki, Azərbaycan vətəndaşlarının fundamental hüquqları kobud sürətdə pozulur və beynəlxalq təşkilatlar da bununla bağlı qərarlar qəbul etsələr də onun icrasında israrlı görünmürlər: "Beynəlxalq hüquq prinsiplərinə lazımı şəkildə riayət olunmur. Bu istiqamətdə müəyyən soyuqluq nümayiş etdirirlər. 15 ildən artıqdır ki. ATƏT Parlament Assambleyasının üzvləri kimi hər sessiyada Ermənistanın təcavüzü və işğal nəticəsində insan haqlarının pozulması ilə bağlı məsələ qaldırılır. Müzakirələrdə və keçirilən görüşlərdə müxtəlif ölkələrin nümayəndələri bizimlə həmrəy olaraq "xorla" Ermənistanın Azərbaycana qarşı təcavüzünü və insan haqlarını kobud şəkildə pozduqlarını təsdiq edirlər. Lakin real işə gəldikdə isə tamam başqa mövqe sərgiləyirlər".

Digər millət vəkili İlyas İsmayılov çıxışı zamanı bildirib ki, dövlət insan hüquqları ilə bağlı məsələyə özünə tənqid formada yanaşmalıdır. Millət vəkili Çingiz Qənizadə Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində ciddi işlərin görüldüyünü və müəyyən problemlərin də mövcud olduğunu qeyd edib. O, həmçinin bəzi hüquq müdafiəçiləri tərəfindən hər hansı bir rayonda məmurun vətəndaşın hüququnun pozmasını dövlət siyasəti səviyyəsində həyata keçirilməsi kimi təqdim edilməsinin əleyhinə olduğunu deyib: "Bu gün ölkədə bir nəfər hüququ pozulan şəxsi qəbul etməyən hüquq müdafiəçisi internet qarşısında əyləşərək, Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı hesabat hazırlayır və bunu başqa ölkələrə təqdim edir. Belə əməkdaşlıq nəticəsində onlar başqa ölkələrdən qrant alırlar və ölkənin mənafeyinə zidd fəaliyyət göstərirlər. Fikrimcə, hüquq müdafiəçisi Azərbaycanın ucqar ərazilərində olan hüququnun pozulması halları ilə qarşılaşan şəxslərlə maraqlanmalı və məsələnin həllini danışıqlar, lazım gəldikdə isə məhkəmə yolu ilə təmin etməyə çalışmalıdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin