Müəllimlərin işə qəbulu üzrə müsabiqə elan edildi

Hazırda oxunan: Müəllimlərin işə qəbulu üzrə müsabiqə elan edildi

36976
Təhsil Nazirliyi ümumtəhsil məktəblərində vakant olan yerlərə müəllimlərin işə qəbulu üzrə yeni müsabiqə elan edib. Nazirlikdən verilən xəbərə görə, müsabiqədə 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balını toplamış, lakin işə qəbul olunmamış şəxslər iştirak edə bilərlər.
 Namizədlər 22-26 noyabr tarixlərində Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu” bannerindən “Şəxsi səhifə”yə daxil olaraq (kod və parol vasitəsilə) uyğun ixtisas üzrə təklif olunan vakant yerlərdən ən çoxu 4-nü seçə və təsdiqləyə bilərlər.

 Vakant yerlərin seçimi 26 noyabr tarixdə saat 18:00-da başa çatacaq, yerləşdirmə aparılacaq və nəticəsi dərhal hər bir namizədin “Şəxsi səhifə”sinə göndəriləcək. Vakant yer tutan namizədlər “Şəxsi səhifə”də göstərilən vaxtda və yerdə müsahibədən keçdikdən sonra onların işə qəbulu barədə qərar qəbul ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin