“Prezident İlham Əliyev üçüncü müddətə seçilərkən hər hansı real rəqabətlə qarşılaşmayıb." Bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Estoniyada Müdafiə və Təhlükəsizlik üzrə Beynəlxalq Mərkəzin direktoru olan Metyu Brayza CNN üçün yazdığı məqalədə bildirib. Maraqlıdır, doğurdanmı Azərbaycanda keçirilən son prezident seçkilərində İlham Əliyevin rəqibi olmayıb?
Moderator.az-a açıqlama verən ehtiyyatda olan ədliyyə generalı, Milli Şura üzvü Vidadi Mirkamal Brayzanın bu açıqlamasını onun Azərbaycan iqtidarı ilə olan biznes əlaqələrindən irəli gəldiyini bildirdi:
“Biz Metyu Brayzanı Bakıda səfir olduğu dönəmdən tanıyırıq. O, hər zaman hakimiyyətin mövqeyini müdafiə edib və Azərbaycan iqtidarından bəhrələnib. Onun iqtidarla olan biznes əlaqələri hamıya bəllidir. Təkcə Brayza yox, bu günə qədər Azərbaycanda səfir olmuş bəzi diplomatlar da Azərbaycan iqtidarını biznes maraqları naminə müdafiə ediblər. Ona görə də biz Brayzanın bu açıqlamasına təəcüblənmədik.”
Xəyal Əzizov





































































































