Bakıda Aşura günü bir sıra yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun ANS PRESS-ə verilən məlumata görə, Aşura mərasimləri ilə əlaqədar Bakı şəhərində yerləşən məcsidlər və onlara bitişik yollar istiqamətində bütün avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
“Məscidə gələnlərin təhlükəsizliyini təmin etmək, yollarda rahat, fasiləsiz və təhlükəsiz hərəkətin təşkil edilməsi məqsəsilə məscid yaxınlığındakı yollarda məhdudiyyətlər tədbiq ediləcək. Tədbirlər başa çatdıqdan sonra məscidlərin yerləşdiyi ərazi boyu hərəkət tam bərpa ediləcək. Yol polisi olaraq vətəndşalardan isə diqqətli olmağı xahiş edirik”, - deyə Vaqif Əsədov bildirib.
Qeyd edək ki, bu il Aşura günü noyabrın 14-nə təsadüf edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.