Oktyabrın 27-də Gürcüstanda keçirilən prezident seçkilərinin ilkin nəticələrinə əsasən hakim "Gürcü arzusu" koalisiyasının nümayəndəsi Georgi Marqvelaşvili qalib gəlib. Gürcüstan Mərkəzi Seçki komissiyasının verdiyi məlumata görə, Marqvelaşvili seçicilərin 60%-dən çoxunun səsini toplaya bilib.
Maraqlıdır, qonşu Gürcüstanda yeni formalaşdırılacaq hökumət Azərbaycana nə vəd
edir?
Moderator.az-a açıqlama verən politoloq Zərdüşt
Əlizadə yeni formalaşan Gürcüstan hökumətinin Azərbaycanla hazırkı ststus-kvonu
saxlayacağını bildirdi:
“Azərbaycan və Gürcüstan münasibətləri qarşılıqlı
mənfəət əsasında qurulub. bu hər iki tərəfi qane edən amildir. Hesab edirəm ki,
Gürcüstan Azərbaycan münasibətləri qaldığı yerdən davam edəcək”.
Xəyal Əzizov


































































































