Çirkli hava xərçəng yaradırmış

Hazırda oxunan: Çirkli hava xərçəng yaradırmış

35519
Ümumdünya Səhiyyə Təşkilatı çirki havanın xərçəng yaratdığı haqda məlumat yayıb. Beləliklə, hər zaman həkimlərin dedikləri sözlər bu dəfə fakta çevrilmiş olur. Mütəxəssislər çirkli havanın xüsusi ilə ağciyər xərçəngi yaratdığını, bunun da siqaret qədər təhlükəli olduğu qənaətindədirlər.

2010-cu ildə dünyada 220 nəfər  çirkli havaya görə ağciyər xərçənginə tutularaq ölüb. Araşdırmanı aparan IARC təşkilatının rəhbəri Kurt Straif Londonda təşkil edilən bir konfransda deyib: “Çirkli hava xərçəng əmələ gətirən maddələrlə doludur. Dünyada çirkli hava şəraitindən daha çox əziyyət çəkənlər Çində və Hindistanda yaşayan əhalidir. Havanın çirklənməsinin səbəbi isə nəqliyyat vasitələrindən çıxan qazlar, enerji qaynaqları, kimyəvi maddələrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin