Nizami İsgəndərov “barmaq yoxlaması” keçirir

Hazırda oxunan: Nizami İsgəndərov “barmaq yoxlaması” keçirir

35115

“Sumqayıt” və “Cavid” Ticarət Mərkəzinin sahibi, sabiq millət vəkili Nizami İsgəndərov seçkidə iştirak etməyən arendatorları cəzalandıracaq”. Bu barədə Moderator.az saytına özəl mənbə məlumat verib. Mənbənin sözlərinə görə, iş adamı bununla bağlı arendatorlara seçkidən bir gün öncə kəskin xəbərdarlıq edib: “N.İsgəndərov hələ 8 oktyabr tarixində elan etmişdir ki, seçkidə iştirak etməyən arendatorlar sərt şəkildə cəzalandırılacaq. Bu məqsədlə də 9 oktyabr tarixində iş saatının hər zamankından fərqli olaraq 10:00-da deyil, 12:00-da başlayacağını bildirən iş adamı, seçkidən sonra “barmaq yoxlaması” keçirib. Arendatorların barmaqlarında seçki mürəkkəbinin olub-olmadığını yoxlayan iş adamı müxtəlif səbəblərdən seçki prosesində iştirak etməyən arendatorların siyahısını götürüb. İş adamının həmin arendatorlarla bağlı ciddi addımlar atacağı gözlənilir”.

Seymur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin