Mahaçqala-Bakı sürət qatarının istifadəyə veriləcəyi tarix açıqlandı

Hazırda oxunan: Mahaçqala-Bakı sürət qatarının istifadəyə veriləcəyi tarix açıqlandı

272172
Mahaçqala-Bakı sürət qatarının istifadəyə veriləcəyi tarix açıqlanıb.

ONA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Şimali Qafqaz Dəmiryollarının rəisi Vladimir Pyastolovun mətbuat xidmətinin yaydığı məlumata əsasən, Mahaçqala-Bakı sürət qatarının bu ilin payızında istifadəyə verilməsi planlaşdırılır.

Mahaçqala-Bakı sərnişin qatarında müasir vaqonlar sərnişinlərin ixtiyarında olacaq. Sürətli sərnişin qatarının axşam saatlarında hərəkətdə olması planlaşdırılır.

Mahaçqala-Bakı istiqamətində yeni dəmiryolu xətti ilə bağlı məsələ 2018-ci ilin aprelindən müzakirə olunur.

Bundan başqa, Mahaçqala və Bakı arasında birbaşa aviareyslərin açılması da planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin