Xalq şairi Nəriman Həsənzadənin vəfatı Azərbaycan ədəbiyyatı və cəmiyyəti üçün böyük itkidir.
Bizim.Media xəbər verir ki, bunu Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.
O bildirib ki, mərhum təkcə şair kimi deyil, həm də ölkənin ictimai-mədəni həyatında mühüm rol oynayıb.
"Nəriman Həsənzadə son dövrə qədər Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri olub. Onunla olduqca xoş münasibətlərimiz var idi", – Anar deyib.
Xalq yazıçısı qeyd edib ki, yazıçı və şairlər həm bədbəxt, həm də xoşbəxt insanlardır:
"Onlar bədbəxtdirlər, çünki taleləri çox ağır olur. Amma eyni zamanda xoşbəxtdirlər. Çünki uzun illər insanların yaddaşında silinməz iz qoyurlar. Nəriman Həsənzadənin əsərləri oxunduqca, özü də yaşayacaq". (Report.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:53 / 02.08.2026
Anar: Nəriman Həsənzadənin əsərləri oxunduqca, özü də yaşayacaq
Hazırda oxunan: Anar: Nəriman Həsənzadənin əsərləri oxunduqca, özü də yaşayacaq
Hazırda oxunan: Anar: Nəriman Həsənzadənin əsərləri oxunduqca, özü də yaşayacaq
628848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































