Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - VİDEO

Hazırda oxunan: Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - VİDEO

628836

ABŞ-ın MLS liqasında 18-ci turun oyunları davam edir.

Bizim.Media xəbər verir ki, tur çərçivəsində Şərq konfransında Lionel Messili “İnter Mayami” ilə həmyerlimiz Nəriman Axundzadənin komandası “Kolambus Kryu” üz-üzə gəlib.

Məhsuldar alınan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. 

Azərbaycan millisinin üzvünün argentinalı ulduzla dueli baş tutmayıb. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “İnter Mayami”nin qollarını Luis Suares ilə Allen Noah vurub, “Kolambus Kryu” isə Kazemironun avtoqoluna və Brais Mendezin bərabərlik gətirən qoluna sevinib.
 

Mayamililərin əsas ulduzu, argentinalı əfsanə dünya çempionatından sonra ilk oyununa əvəzetmədən qoşulubsa, Nəriman görüşün iştirakçısı olmayıb. Hücumçumuzun adı ümumiyyətlə matçın protokoluna salınmayıb.


Xatırladaq ki, “İnter Mayami” 18 turdan sonra 38 xalla 2-ci, “Kolambus Kryu” isə 20 xalla 11-ci pillədə qərarlaşıb. (fanat.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin