Rəşid Behbudovun qızından nazirliyə ittihamlar: “Atam məmurların jestinə layiq ola bilmədi...”

Hazırda oxunan: Rəşid Behbudovun qızından nazirliyə ittihamlar: “Atam məmurların jestinə layiq ola bilmədi...”

248909
Böyük sənətkar, SSRİ xalq artisti Rəşid Behbudovun qızı Rəşidə Rəşid Mədəniyyət Nazirliyinə qarşı ittihamlar irəli sürüb.

R. Rəşid nazirliyin atasının doğum günü ilə bağlı verdiyi sözlərə əməl etmədiyini qeyd edib. Bildirib ki, nazirlik ötən il R. Behbudovun doğum günü münasibətilə onun adına musiqi festivalı keçiriləcəyinə və Rusiya, Türkiyə və İsraildə konsertlər təşkil olunacağına dair vədlər verib:

xa0"Söz verdilər, söz verdilər... Yəni layiq deyil, əziz Mədəniyyət Nazirliyi? Ailəsinə və xalqa şəxsən söz vermişdilər. Bundan başqa tanınmış və varlı şəxslərdəm biri Moskvada böyük yubiley keçiriləcəyinə söz vermişdi. Mənim atam məmurların və oliqarxların jestinə layiq ola bilmədi. Ölkə üçün az şey etmişdi yəqin...”

Məlumat üçün bildirək ki, Rəşid Behbudovun doğum günü dekabrın 14-dədir.(bakupost.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin