Rövşən Rzayev 6 rəhbər şəxsi işdən çıxardı - “Qaçqınkom”da köklü dəyişikliklər

Hazırda oxunan: Rövşən Rzayev 6 rəhbər şəxsi işdən çıxardı - “Qaçqınkom”da köklü dəyişikliklər

240999

Azərbaycanxa0Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kadr dəyişiklikləri olub.

xa0

xa0Komitənin bir neçə şöbəsinin, departamentinin və sektorununxa0rəhbərliyi dəyişdirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin əmri ilə Komitənin Regional idarəetmə, sosial təminat və hümanitar yardım şöbəsinin humanitar yardım sektorunun müdiri Quliyev Elman Şahlar oğlu vəzifəsindən azad edilib. Həmin vəzifəyə təyinat olmayıb.

xa0

Komitənin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin status sektorunun müdiri, şöbə müdirinin müavini Mürsəlov Telman İslam oğlu vəzifəsindən azad edilib. Həmin vəzifəyə Abdullayev Etibar Məmməd oğlu təyin olunub.

xa0

Şöbənin məskunlaşma, miqrasiya və məşğulluq sektorunun müdiri Süleymanov İlqar Xalid oğlu da vəzifəsindən xaric edilib. Sektor müdiri vəzifəsinə Ələsgərov Muxtar İslam oğlu təyin olunub. O, əvvəllər Regional idarəetmə, sosial təminat və hümanitar yardım şöbəsinin regional idarəetmə sektorunun müdiri vəzifəsində çalışıb.

xa0

Bundan başqa, Məmmədov Ələddin Seyfəddin oğlu Tikinti təmir və hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib. Həmin vəzifə Əlvəndov Rövşən Aydın oğluna həvalə olunub.

Komitənin Mənzil istismar departametinin direktor müavini Quluyev Qulu Nayfalı oğlu da vəzifəsindən xaric edilib. Onun yerinə Məmmədov Asif Lətif oğlu təyin olunub.

xa0

Departamentdə sektor müdiri İsgəndərov Nazim İdris oğlu da vəzifəsindən azad olunub.xa0Həmin vəzifə Əliyev Elnur Zakir oğluna həvalə edilib.(Report)

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin