"Çalışıram geyindiyim paltardan tutmuş sürdüyüm maşına qədər hər şey sadə olsun"

Hazırda oxunan: "Çalışıram geyindiyim paltardan tutmuş sürdüyüm maşına qədər hər şey sadə olsun"

225634
“Şirin yuxun olaydım”, “Röyamdasan” musiqilərini onun ifasında, şirin avazında sevdim. Səsinin gözəlliyi ilə yanaşı bu insanın qəlb gözəlliyi, xoş xasiyyətixa0 də onun dinləyiciləri tərəfindən daha da sevilməsinə təsir edir. Özünün də dediyi kimi, axı sənətkarı tək səsi yox, eyni zamanda insanlığı da sevdirir. Qarabağlıların dili ilə desək insan adamdır Firuz Səxavət.xa0xa0

Beləliklə, onun Moderator.az -a verdiyi müsahibəni təqdim edirik.

- Firuz müəllim, muğamın inkişafından çox danışılır. Bir xanəndə olaraq bu sahədə hansı çatışmazlıqların olduğunu görürsünüz?

- Birinci xanım Mehriban Əliyeva tərəfindən muğamın inkişafına hər cür dəstək var.xa0Muğam üçün hər cür şərait yaradılıb. Bir neçə muğam müsabiqələri təşkil olunub ki, bunun sayəsində də çox gözəl səsi olan gənclərimiz irəli çəkilib. Ölkəmizdə muğamın gələcəyixa0 parlaqdır. Bu sahəyə çox istedadlı gənclər gəlir, bir müəllim olaraq biz də onların daha da irəli getməsinə şərait yaradırıq. Bilirsiniz ki, muğam fitri istedad tələb edən bir janrdır. Müəllim nə qədər yaxşı olsa da, tələbəyə can yandırsa da tələbənin istedadı yoxdursa, onu nə xalq qəbul edəcək, nə də musiqiçilər.xa0

- Yəni demək istəyirsiniz ki, bu sahədə hər şey qaydasındadır?

- Yox, elə bir sahə yoxdur ki, orda hər şey yüz faiz qaydasında olsun. Hər sahədə olduğu kimi burda da bizi qane etməyən, çatışmayan durumlar var. Demək olar ki, bugün muğamın vəziyyəti qənaətbəxşdir. Bilirsiniz, elə bir sistem yoxdur mən kiməsə deyim ki, sən oxumasan yaxşıdır. Müstəqil dövlətdə yaşayırıq. Hər kəsinxa0 oxumaq haqqı var. Məni qane etməyən odur ki, elə muğam oxuyanlar var, onlar ifa edəndə düşünürsən, bu insan elə bu sənətdə olmasa daha yaxşıdır. Elə bir qurum yoxdur ki, biz bu sözü deyə bilək. Düşünürəm ki, bu insanlar da zaman keçdikcə öz səhvlərini anlayacaq, yalnış bir yerdə olduqlarını dərk edəcəklər. Əvvəllər senzura var idi. Hər muğam ifa edəni qəbul etmirdilər. Muğamı ifa etmək üçün xanəndənin mütləq zil səsi olmalıdır. İndi bir çoxları muğamı zildən oxuyanlara irad tuturlar. Ancaq bu düzgün yanaşma deyil. Muğamı zildən oxumaq olmasa o zaman gərək muğam ləğv olunsun. Xanəndənin mütləq zil səsi olmalıdır. Muğam estrada deyil ki, zəif səslə də ifa edə biləsən. Estrada üçün mahnını ifa etmək tərzi, ritmi duymaq lazımdır.xa0

- Rəhmətlik Səxavət Məmmədovun qardaşı olmağınız sənətinizə təsiri olubmu?

- Səxavət Məmmədov kimi bir sənətkarın qardaşı olmaq mənim üçün hər zaman fəxrli olub. O mənim bu sənətə gəlişimdə, irəliləməmdə bir stimul olub. Onun sayəsində 10 günə gedəcəyim yolu 5 günə getmişəm. Onun adı mənim insanlar tərəfindən qəbul olunmağımda, sevilməyimdə çox böyük dəstək olub. Mənim ona sevgim qardaşlıqdan öncə bir sənətkara olan sevgidir. Günü bugün insanların onu necə sevdiyinin, necəxa0 hörmətlə andığının şahidi oluram və bu hislərxa0 mənə qürur verir.xa0

- Ümumiyyətlə, sənətkarı sevdirən nədir?

- Sənəti ilə yanaşı həmin insanın xarakteri də olmalıdır. Xaraktersiz insanı ancaq ekrandan sevə bilərlər. Gözəl xarakteri, şəxsiyyəti olmayan insanı isə real həyatda sevməyəcəklər və bu onun sənətinin sevilməsinə də mənfi təsir edəcək. Xalqın içindən çıxan insan kim olursa olsun ilk növbədə insanların hörmətini qazanmalıdır. Qardaşım olduğuna görə demirəm, Səxavəti insanlar sənəti ilə bərabər insanlığına görə də sevirdi. Buna görə də onun itkisi insanlara pis təsir etdi.xa0

- Efirlərdə çox az görürük sizi...

- Özüm istədiyim vaxt efirə çıxıram. Çalışıram bir ayda 2 ya 3 dəfə efirə çıxım. Bəzi sənətkarlar var ki, hər gün, hər verilişə çıxır. İnsanların səni sevməyi efirə çox çıxmaqla deyil. Bundan əlavə mən həm də dərs deyirəm, buna görə elə də vaxtım olmur.xa0

Düzünü desəm, hər verilişə də getmirəm. Mikayılın apardığı verilişə bir neçə dəfə dəvət olunsam da qəbul etməmişəm.xa0 Düşünürəm ki, belə verilişlər mənlik deyil. Öz ansamblımla getməyə şərait olsaydı, o zaman bu haqda düşünərdim.xa0

- Efirdəxa0 müəyyən məhdudiyyətlərlə qarşılaşırsınız?xa0

- Bəzi verilişlər olur ki, orda muğama az yer verməyimizi xahiş edirlər. Təbii ki, mən yenə də öz istədiyim musiqinixa0 ifa edirəm. Bilirsiniz, milli musiqiyə nə qədər vaxt ayrılsa da yenə də azdır. Çünki bu musiqi bizim milli sərvətimizdir. Bu musiqilər eyni zamanda tərbiyəvi əhəmiyyətə malikdir. Muğam elə bir janrdır ki, burda yüngül insan olmamalıdır. Onu elə bir insan ifa etməlidir ki, cavanlar bu sənətkara baxanda tərbiyəvi ibrət alsın.

Bəxtiyar Vahabzadənin bir sözü var ki, “musiqi var baş tərpədir, musiqi də var ki, ayaq tərpədir”. Muğamı həqiqətən dinləyən insanlar zəka, ağıl cəhətdən üstün olur. Bəziləri düşünür ki, muğam yaşlı nəslin janrıdır. Ancaq baxırsan, elə cavanlar muğam dinləyir ki, yaşlılar onların yanında kölgədə qalır.

- Gənc nəsil milli musiqidən uzaqlaşır...

- Bilirsiniz, əvvəllər elə idi ki, gənclərimiz məlum rejimə görə dünya mədəniyyəti, musiqisi ilə çox da tanış deyildi. Buna şərait də yox idi. Ancaq müstəqillikdən sonra bu məhdudiyyətlər aradan qalxdı. Cavanlar da pop, estrada musiqilərinə meylli olur.

Gənclərin bu musiqilərə həvəs göstərməsinə baxmayaraq, bütün dünya indi muğamı, milli musiqimizi qəbul edir və sevir. Onlar üçün muğam ilahi musiqidir. Bununla yanaşı onlar bu musiqinin mahiyyətini, dərinliyini öyrənmək istəyirlər. Hal hazırda konservatoriyada çox sayda əcnəbi tələbələrimiz var.

- Bəzən muğamı digər janrlarla sintez edirlər...

- Belə halları sevmirəm. Musiqini bir birinə qatmaq olmaz. Hər musiqi öz yerində gözəldir.
Ancaq düşünürəm ki, muğamı başqa janrlarla sintez edənlər də əslində muğamın bütün dünyaya yayılmasına, gənclər arasında sevilməsinə xidmət edir. Hər bir halda muğam elə öz zirvəsində qalsa daha yaxşıdır.xa0

- Bəzən xanəndələr onlara “əməkdar artist,”, “xalq artisti” adı verilməməsindən şikayət edir.xa0Ümumiyyətlə xanəndə üçün bu adlar önəmlidirmi?

- Bu bir az da şöhrətpərəstlikdən irəli gəlir. Mən özüm sadə insanam. Çalışıram geydiyim paltardan tutmuş sürdüyüm maşına qədər hər şey sadə olsun. Ancaq insanlarımız fərqlidir. Sən sadə maşın sürürsənsə və ya sadə geyinirsənsə sənin haqqında sevilməyən, istənilməyən xanəndə olaraq düşünürlər. Bu adlar da məhz bu səbəblərə görə müəyyən qədər əhəmiyyət daşıyır. Xanəndələrimiz çalışır bu adlara layiq görülsün. Çünki insanlar düşünür ki, filankəs yaxşı ifaçı olsaydı ona da dövlət ad verərdi. Ancaq mənim üçün bunun heç bir əhəmiyyəti yoxdur. Elə xalq artistlərimiz var ki, heç kim onun sənətini qəbul etmir, onu heç bir xeyir işinə dəvət etmirlər bir ifaçı olaraq. Ancaq yenə də qeyd edim ki, azərbaycanlılar üçün bu adlar çox önəmlidir.

- Bir musiqiçi kimi fikrinizi bilmək istərdim. Meyxananın efirdə səslənməsi sizcə düzgündürmu?

- Bu suala cavab verməyə bir az çətinlik çəkirəm. Ona görə ki, meyxanaçı dostlarım var, onların qəlbinə dəyməkdən, incitməkdən ehtiyat edirəm. Ancaq meyxananın efirdə səslənməsinin tərəfdarı deyiləm. Əvvəllər necə deyilibsə, elə də qalsın.xa0

Lalə Novruzlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin