PA: Gənclərin çətinliklərini aşkar etmək üçün sorğu keçiriləcək

Hazırda oxunan: PA: Gənclərin çətinliklərini aşkar etmək üçün sorğu keçiriləcək

211028
Bu il ərzində paytaxt və regionlarda yaşayan gənclərin çətinliklərini aşkar edib onların həlli yollarını tapmaq üçün sorğu keçiriləcək.

Moderator.az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev deyib.

Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, ölkəmizdə də gənclərin həllini istədiyi problemlər var.

Y.Məmmədəliyev hesab edir ki, Azərbaycan gəncliyi istənilən problemi özü həll etmək iqtidarındadır:

"Dövlət bunun üçün münbit şərait yaratmalıdır və bütün fəaliyyətimiz buna istiqamətlənib. İstənilən problemin effektiv həlli bu problemi düzgün müəyyən etməkdən, yəni diaqnostikadan asılıdır. Buna görə də əvvəlcə hansı problemlərin mövcud olduğunu öyrənmək qərarına gəldik. Bu işə peşəkarları cəlb etmişik. 2018-ci ildə paytaxt və regionlarda yaşayan 16-29 yaşlı gənclər arasında sorğu, o cümlədən onlayn sorğu keçirib təhsil, asudə vaxt, sosial həyat, səhiyyə, idman, hərbi vətənpərvərlik, mədəniyyət və incəsənət, məşğulluq sahələrindəki çətinlikləri aşkar edib həlli yollarını tapmağı planlaşdırırıq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin