Rusiyanın "İskəndər" istehsal edən zavodunun VURULDUĞU AN - VİDEO

Hazırda oxunan: Rusiyanın "İskəndər" istehsal edən zavodunun VURULDUĞU AN - VİDEO

622489

İyunun 27-nə keçən gecə Rusiyanın Volqoqrad şəhəri raket hücumuna məruz qalıb, yerli sakinlər partlayışlar və zərbədən sonra baş verən yanğın barədə məlumat veriblər.

Bizim.Media “UNİAN.net”ə istinadla xəbər verir ki, Rusiya hərbi-sənaye kompleksinin aparıcı müəssisələrindən biri olan, Rusiyanın "İskəndər-M", "Topol-M" və "Yars" raket qurğularını istehsal edən "Titan-Barrikadı" zavodu hücuma məruz qalıb.

Eyni zamanda, sosial şəbəkələrdə hücum anında raketin uçuşunu əks etdirən videolar dərc olunub.

"ASTRA" nəşrinin yazdığına görə, zərbələrin böyük ehtimalla Ukraynaya məxsus uzaqmənzilli "Flamingo" qanadlı raketləri ilə endirildiyi bildirilib.
 

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov şənbə günü gecə Ukrayna raketlərinin Volqoqrada hücum etdiyini və nəticədə bir sənaye müəssisəsinə ziyan dəydiyini təsdiqləyib.


"Volqoqradın Krasnooktyabrski rayonunda yerləşən müəssisələrdən birinin istehsal obyektləri zədələnib. Hazırda 10 nəfərin yaralandığı məlumdur", — deyə Boçarov yazıb.

Qeyd edək ki, sözügedən "Titan-Barrikadı" zavodu məhz bu rayonda yerləşir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin