“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”x9d

Hazırda oxunan: “Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”x9d

191519
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan türk dövlətlərinin birgə universitetinin yaradılması təklifi ilə çıxış edib.xa0

Maraqlıdır, belə bir addımın atılması türk dövlət və xalqları arasında əlaqələrin inkişafı, birgə inteqrasiya baxımından nə dərəcədə faydalı ola bilər?

Moderator.az-a açıqlama verən sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bunun reallaşdırılması vacib olan addımlardan biri olduğunu vurğuladı:

“Türk respublikaları, xalqları arasında körpü salan hər hansı təklif alqışlanmalıdır və xoş niyyət kimi qəbul edilməlidir. Türk dövlətlərinin Parlament Assambleyası var. Türk konseyi var. Yəni türk dövlətlərinin əlaqələndirmə şurası mövcuddur. TÜRKSOY, yəni mədəniyyət birliyi var. İqtisadi, siyasi, mədəni əlaqələr, elmi əlaqələr ildən-ilə genişləndirilməlidir.xa0
Akademiya kimi mərkəz Qazaxıstan seçilib. Parlament Bakıdadır. Bəzi türk dövlətləri arasına birgə universitetlər var. Azərbaycan və Türkiyə də birgə universitet yaratmalıdır. Bundan əlavə, türk dünyasının ümumi bir universitetinin yaradılması da son dərəcə zəruridir”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin