Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

Hazırda oxunan: Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

179875
Bu gün Bakı Avrasiya Universitetində Özbəkistanın xalq şairi Camal Kamala universitetin fəxri doktoru adının verilməsi ilə əlaqədar tədbir keçirilmişdir.
İki ölkənin dövlət himnləri səsləndirildikdən sonra giriş sözü ilə tədbiri xa0açan universitetin rektoru, professor Nazim Hüseynli xa0Özbəkistan xa0və xa0Azərbaycan ədəbi əlaqələrinin dərin köklərinə toxunaraq, bu əlaqələrin digər sahələrdə də inkişaf etməsindən danışdı.Rektor, bu gün Camal Kamalı universitetdə görməsindən məmnunluğunu ifadə edərək, şairin Azərbaycan ədəbiyyatına verdiyi tövhələrə və xidmətlərinə görə təşəkkürünü bildirdi.Daha sonra Azərbaycan Özbəkistan əlaqələrinin inkişafında müstəsna rolu olan millət vəkili Qənirə Paşayeva Camal Kamalın həyat fəaliyyəti və geniş yaradıcılığına toxunaraq onun Azərbaycanın böyük şairi Nizami Gəncəvinin xa0 “Xəmsə”x9dsini özbək dilində tərcümə xa0etməsini,eləcədə Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin ,Xəlil Rza Ulutürkün xa0və digər Azərbaycan ədiblərinin əsərlərini özbək xalqına təqdim xa0və təbliğ etməsinə görə dərin təşəkkürünü bildirdi.
Tədbirdə xa0Qarabağ həqiqətlərini,Xocalı faciəsi barədə tarixi həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdıran,tədqiqatçı alim Şuhrat Salamov Özbəkistanın qardaş Azərbaycanın haqq işində həmişə yanında olacağını bildirərək,Dağlıq Qarabağın tarixində Əmir Teymurun Şuşa qalasına səfəri ilə bağlı tədqiqatlarından tələbələrə yeni məlumatlar verdi.
Tədbirin sonunda Özbəkistanın xalq şairinə Fəxri doktor diplomunun təqdimatı olub və xatirə şəkilləri çəkdirilib.Öz növbəsində Camal Kamal Bakı Avrasiya Universitetinin xa0rektoruna,eləcədə universitetin professor-müəllim kollektivinə ona yüksək adın xa0verilməsinə görə xa0təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin