Ümid Partiyasının sədri İqbal Ağazadə barədə ağır ittihamlar yayılıb.
xa0
Moderator.az xəbər verir ki, Hökumətyönümlü 1News.az sayt siyasətçinin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun şəxsi agenti olduğunu iddia edən yazı ilə çıxış edib. Yazıda bildirilir ki, MTN-nin agentura şəbəkəsinin bəzi üzvlərinin ifşa olunmasından ən çox İqbal Ağazadə narahat olub. Bu narahatlıqların arxasında ciddi səbəblərin dayandığı bildirilir: "İndi İqbal Ağazadənin Eldar Mahmudovun şəxsi sözgəzdirəni olması ilə bağlı məlumatlar öz təsdiqini tapır. O bundan çox narahatdır. Çünki o, birdəfəlik müstəqil siyasətçi imicindən məhrum oluna bilər”x9d.xa0
xa0
Sayt iddianı qüvvətləndirmək üçün İ.Ağazadənin E.Mahmudovla əlbir olmasıyla bağlı daha əvvəllər səsələndirilən ittihamları da xatırladıb, sonra isə xa0"Müasir Müsavat”x9d pariyasının sədiri Hafiz Hacıyev və xa0Milli Şuranın üzvü İbrahim İbrahimlinin bu məsələ ilə bağlı çıxışlarından sitatlar təqdim edib: "H.Hacıyevin fikrincə, məhz Mahmudov vəzifədən kənarlaşdırıldıqdan sonra İqbal Ağazadə də "deputat mandatından məhrum edildi”x9d.
Qeyd edək ki, bu günlərdə İ.Ağazadə BakiPost.az-a geniş müsahibəsində həbs olunan MTN-çilər barədə müsbət fikirlər səsləndirib. Onların qaçaq-quldur olmadığını, dövlət üçün əhəmiyyətli işlər gördüklərini deyib. O eyni zamanda xa0"agentlərin”x9d adlarının açılmasının düzgün olmadığını vurğulayıb.




































































































