Qubanın bəzi yaşayış məntəqələrinə də qar yağıb.
xa0
APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Xınalıq kəndinə 4 sm, Qırıza 4 sm, Rükə 3 sm, Xaltana isə 1 sm qar yağıb.
xa0
Qusarın Ləzə kəndi ərazisində isə qarın hündürlüyü 4 sm-dir. xa0Bəzi ərazilərdə temperatur mənfi 5 dərəcəyə enib.
xa0
Qeyri-sabit hava şəraiti aprel ayının 4-dək davam edəcək.
xa0
***
xa0
Lerikə qar yağmağa başlayıb.
xa0
APA-nın cənub bürosunun verdiyi məlumata görə, ötən gün yağan sulu qar qara çevrilib.
xa0
Qarlı hava şəraiti davam edir. Lənkəran Regional Hidrometeorologiya Müəssisəsinin direktoru Cavid Hüseynovun APA-ya verdiyi məlumata görə, Lerik rayon mərkəzinə 5-6 sm, yüksək dağlıq ərazilərə isə 10 sm qar düşüb.
xa0
Belə hava şəraiti davam edərsə, aprel ayının ilk günlərində qarın yağması xarakterik olmadığı üçün ağacların çiçək açdığı dövrdə şaxtalı hava məhsuldarlığı aşağı salacaq. Hidrometeoroloqlar qeyri-sabit hava şəraiti hələ bir neçə gün davam edəcəyini bildirirlər. Bundan başqa, Yardımlı və Astara rayonlarında da yüksək dağlıq ərazilərdə qar müşahidə olunur.xa0









































































































