Hüseyn Kürdoğlunun poetik dünyası...

Hazırda oxunan: Hüseyn Kürdoğlunun poetik dünyası...

165640

Görkəmli alimimiz, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayevin bu gün "Hüseyn Kürdoğlunun poetik dünyası" adlı monoqrafiyası işıq üzü görüb. Yeksək bədii tərtibat, nəfis şəkildə "Sabah" nəşriyyatında çap olunmuş bu kitab XX xa0yüzilliyin 50-ci illərində ədəbiyyata gəlmiş görkəmli şair, alim, mütərcim H.Kürdoğlunun yaradıcılığıonun ədəbi-bədii dünyagörüşünü, təfəkkürünü formalaşdıran mühiti və tarixi ədəbi proses fonunda araşdırılır, ədibin şeir yaradıcılığı fundamental şəkildə təhlil olunur.xa0

Monoqrafiyanın "Ön söz"ünün müəllifi akademik, görkəmli ədəbiyyatşünas alim İsa Həbibbəyli, redaktoru çağdaş ədəbiyyatımızın tanınmış araşdırıcısı, professor Şirindil Alışanlı, rəyçiləri filologiya üzrə fəlsəfə doktorlarları, müşfiqşünas, vurğunşünas alim Səfurə Quliyeva və Əroş Vəliyevdir. Monoqrafiyada mərhum şairin mühiti, həyatı, yaradıcılığının ilk illərindən tutmuş poetik dünyası, təcnisləri, dördlükləri, gəraylı, bayatıları, ağıları, rübailəri, təsnifləri, nəğmələri, uşaq şeirləri, tərcümələri, folklorşünaslıq fəaliyyətinə qədər ətraflı şəkildə araşdırmaya cəlb olunub. Akademik İsa Həbibbəylinin sözləri ilə desək "Professor Qəzənfər Paşayevin "Hüseyn Kürdoğlunun poetik dünyası"monoqrafiyasının strukturu da yeni və orijinaldır." xa0 xa0 xa0 xa0xa0

Hörmətli alimimiz, sevimli həmkarımız, professor Qəzənfər Paşayevə gərgin zəhmətin bəhrəsi olan bu monoqrafik tədqiqatına görə şükranlar deyir, sağlam, uzun ömür arzulayırıq.

VÜQAR ƏHMƏD
filologiya üzrə elmlər doktoru,professor,
AMEA Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq+" Yaradıcılıq Birliyinin sədri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin