Rusiyada orduya qoşulmaq istəyənlərin sayı KƏSKİN AZALIB

Hazırda oxunan: Rusiyada orduya qoşulmaq istəyənlərin sayı KƏSKİN AZALIB

621293

Rusiyada orduya qoşulmaq istəyən könüllülərin və yeni çağırışçıların sayında bütün ölkə boyu ciddi azalma müşahidə olunur.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Rusiyanın müstəqil "Vyorstka" nəşrinin araşdırmasında yer alıb.
 

Məlumata görə, 2026-cı ilin yazında Moskvada yeni rekrutların (müqaviləli hərbçilərin) sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üçdə bir qədər azalıb. Təkcə may ayında Rusiya paytaxtından cəbhəyə 1378 nəfər göndərilib ki, bu da müqavilə imzalayanlara hələ milyonluq ödənişlərin təklif edilmədiyi 2024-cü ilin göstəriciləri səviyyəsindədir.


Oxşar problemlər Rusiyanın digər regionlarında da qeydə alınır. Məsələn, Sibirdəki hərbi hissələrin birində orduya yazılmaq istəyənlərin sayı o qədər azdır ki, komandanlıq yeni döyüşçüləri region hüdudlarından kənarda axtarmaq məcburiyyətində qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin