“İşıqları niyə yandırmısan?” demək boşanma səbəbi sayılacaq – Türkiyədə YENİ QAYDA

Hazırda oxunan: “İşıqları niyə yandırmısan?” demək boşanma səbəbi sayılacaq – Türkiyədə YENİ QAYDA

621227

Türkiyədə həyat yoldaşına “hamamın işığını niyə yandırmısan?”, “sifonu niyə çəkmisən?”, “çay dəmləmə” kimi iradlar bildirərək onun əsas ehtiyaclarını məhdudlaşdıran şəxslərin davranışları məhkəmə tərəfindən boşanma və təzminat səbəbi kimi qiymətləndirilib.

Bizim.Media İHA-ya istinadla xəbər verir ki, həyat yoldaşının həddindən artıq xəsisliyindən əziyyət çəkdiyini iddia edən qadın Ailə Məhkəməsinə müraciət edib. O, ərinin evə qonaq gəlməsini istəmədiyini, ailənin əsas ehtiyaclarını belə lazımi səviyyədə qarşılamadığını bildirib.

Qadının sözlərinə görə, həyat yoldaşı onu tez-tez “işığı çox yandırmısan”, “sifonu çəkmisən” kimi bəhanələrlə təhqir edir və evdən qovurdu. O həmçinin ərinin ərzaq və təmizlik vasitələri almaqdan yayınaraq çay dəmləməsinə belə qadağa qoyduğunu iddia edib.
 

Məhkəmə materiallarında kişinin istilikdən istifadəyə məhdudiyyət qoyduğu, elektrik xərclərini bəhanə edərək ailə üzvlərini qaranlıqda oturmağa məcbur etdiyi və evdə əsas ərzaq məhsullarının alınmasını məhdudlaşdırdığı qeyd olunub.


Türkiyə Ali Məhkəməsinin (Yargıtay) formalaşdırdığı hüquqi mövqeyə əsasən, həyat yoldaşının normal yaşayış şəraitini pozan bu cür davranışlar evlilik münasibətlərinin sarsılması kimi qiymətləndirilə və boşanma ilə yanaşı maddi təzminat ödənilməsinə səbəb ola bilər.

Hüquqşünaslar hesab edirlər ki, bu qərar gələcəkdə oxşar işlər üzrə mühüm presedent rolunu oynayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin