Putin ordunu belarusluların hesabına doldurmağın yolunu tapdı – FOTO

Hazırda oxunan: Putin ordunu belarusluların hesabına doldurmağın yolunu tapdı – FOTO

621269

Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin qənaətinə görə, Kreml Belarusu müharibəyə daha dərindən cəlb etmək və gələcəkdə onun insan resurslarından yararlanmaq üçün İttifaq Dövləti haqqında müqavilədən bir "çıxış yolu" kimi istifadə edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat ABŞ-ın nüfuzlu beyin mərkəzinin növbəti hesabatında yer alıb.
 

Analitiklər qeyd edirlər ki, cəbhədə xroniki canlı qüvvə qıtlığı fonunda Moskva Belarus vətəndaşlarını Rusiya ordusunda və ya yaradılacaq birgə hərbi birləşmələrdə xidmətə cəlb etməyə başlaya bilər. İttifaq Dövlətinin hüquqi bazası gələcəkdə bu cür addımlara zəmin yaradır.


Yeri gəlmişkən, bu gün Belarus Müdafiə Nazirliyi Qrodno vilayətində növbəti səfərbərlik təlimlərinin davam etdiyinə dair hesabat yayıb. Məlumata görə, həmin bölgədə 2000-ə yaxın hərbi vəzifəli şəxs məlumatların dəqiqləşdirilməsi və təlim-məşq toplantılarına çağırılıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin