Peskovdan Ermənistana ÇAĞIRIŞ: “Nəhayət, Aİİ-nin faydalarını anlayacaq”

Hazırda oxunan: Peskovdan Ermənistana ÇAĞIRIŞ: “Nəhayət, Aİİ-nin faydalarını anlayacaq”

621262

Rusiya rəsmi İrəvanın nəticə etibarilə seçimini Avrasiya İqtisadi İttifaqının (Aİİ) xeyrinə edəcəyinə ümid bəsləyir. Çünki bu inteqrasiya prosesi Ermənistanın Avropa İttifaqına (Aİ) potensial üzvlüyündən qat-qat daha sərfəlidir.

Bizim.Media xəbər verir ki, bu barədə bəyanatla Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib. Bu barədə məlumatı TASS agentliyi yayıb.

Kreml rəsmisi inteqrasiyanın müsbət iqtisadi göstəricilərini xüsusi vurğulayıb:

"Biz əminik ki, məhz bu inteqrasiya prosesi — yəni Aİİ, hər il Ermənistanda ÜDM-in artımına kifayət qədər ciddi faizlər qazandırır. Biz həmçinin əminik ki, özünün bütün keyfiyyət xüsusiyyətlərinə görə bizim inteqrasiya prosesimiz digər alternativləri əhəmiyyətli dərəcədə üstələyir. Ümid edirik ki, ilk növbədə erməni xalqı və eyni zamanda Ermənistanın hazırkı rəhbərliyi vəziyyəti təhlil etdikdən sonra məhz bu qənaətə gələcəklər", — deyə Peskov qeyd edib.

O, əlavə edib ki, İrəvan hazırda öz inkişaf yolunu seçmək prosesindədir və bu məsələ Moskva üçün olduqca vacibdir, çünki Rusiya və Ermənistan qardaş ölkələr olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin