ABŞ hərbçiləri "Ukrayna cəbhəsi"ndə TƏLİM KEÇƏCƏK

Hazırda oxunan: ABŞ hərbçiləri "Ukrayna cəbhəsi"ndə TƏLİM KEÇƏCƏK

621266

ABŞ ordusu yaxın 4-6 həftə ərzində Ukrayna cəbhəsindəki mövcud şəraiti maksimum dərəcədə simulyasiya edəcək ən azı iki hərbi poliqon qurmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "CBS News" telekanalı yayıb.

Məlumata görə, həmin poliqonlarda hərbçilər güclü radioelektron mübarizə (REMB) şəraitində fəaliyyət göstərmək, pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumlarını təşkil etmək və onlara qarşı effektiv mübarizə üsullarını inkişaf etdirmək üzrə təcrübələr keçəcəklər.

Təlim və sınaq proseslərinə həmçinin dron istehsalçıları və onlara qarşı müdafiə sistemlərini hazırlayan özəl tərtibatçılar da cəlb olunacaqlar.

Nəşr qeyd edir ki, Vaşinqton Ukraynadakı müharibənin ABŞ-ın hərbi sənaye kompleksindəki bir sıra zəif nöqtələri üzə çıxardığını etiraf edir. Hazırda ölkəyə uzunmüddətli və tükəndirici müharibələrdə kütləvi şəkildə istifadə edilə biləcək ucuz havadan müdafiə və PUA-ları zərərsizləşdirmə vasitələri olduqca zəruridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin