Ağdərədə bıçaqlanma olub.
Bizim.Media xəbər verir ki, hadisə Suqovşan qəsəbəsi ərazisində qeydə alınıb.
Mübahisə zamanı Elzamin Ağazadə 33 yaşlı Sadiq Qəhrəmanova bıçaqla xəsarət yetirib.
Yaralı əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra vəziyyəti ağır olduğundan Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən Elzamin Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır
Bizim.Media, Qarabağ bürosu


































































































