“Brilyant” adı ilə sintetik almazların satışı qadağan edildi

Hazırda oxunan: “Brilyant” adı ilə sintetik almazların satışı qadağan edildi

621226

Türkiyə Ticarət Nazirliyi zərgərlik məmulatlarının satışı qaydalarına dəyişiklik edib. İstehlakçılardan laboratoriyada istehsal olunmuş qiymətli daşların “sintetik” olması barədə aydın şəkildə məlumat vermək tələb olunub.

Bizim.Media xəbər verir ki, müvafiq qərar Türkiyə hökumətinin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc edilib.
 

Daşın təbii və ya laboratoriyada yaradılmış mənşəyi haqqında məlumatlar etiketlərdə, məhsul sertifikatlarında, fakturalarda, veb-saytlarda, reklam və təşviqat materiallarında yer almalıdır. Məqsəd istehlakçıların təbii və laboratoriyada yaradılmış daşları ayırd etməsini asanlaşdırmaqdır. Xüsusilə, sintetik almazlar artıq “brilyant” adı ilə satıla bilməz.


Eyni zamanda, zərgərlik mağazalarından artıq laboratoriyada istehsal olunmuş və ya yaradılmış qiymətli daşlar üçün bölmələr ayırmaq tələb olunur. Onlayn satışlar zamanı həmin daşlar, həmçinin istehlakçılara ayrı kateqoriyalarda təqdim ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin