ADNSU-da “Məzun Günü” - Minlərlə gənc tələbəliklə vidalaşdı – VİDEO

Hazırda oxunan: ADNSU-da “Məzun Günü” - Minlərlə gənc tələbəliklə vidalaşdı – VİDEO

621280

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları üçün "Məzun Günü" tədbiri keçirilib. Bakı Kristal Zalında təşkil olunan tədbirdə universitetin rəhbərliyi Rüfət Əzizov, elm və təhsil nazirinin müavini İdris İsayev, gənclər və idman naziri Fərid Qayıbov, Yeni Azərbaycan Partiyasının sədr müavini, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və milli məclisin deputatları iştirak ediblər.

Çıxış edənlər məzunları təbrik edərək, onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb, ölkənin inkişafında gənclərin rolundan danışıblar.

Tədbir çərçivəsində təhsil və ictimai fəaliyyətdə fərqlənən tələbələr mükafatlandırılıb, məzunlar adından çıxışlar səsləndirilib.

Ətraflı videosüjetdə:


Xədicə Paşayeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin