Zəngəzur dəhlizi Sankt-Peterburqda müzakirə edildi

Hazırda oxunan: Zəngəzur dəhlizi Sankt-Peterburqda müzakirə edildi

621259

Qərb ölkələrinin Ermənistan ətrafındakı qeyri-dost hərbi-siyasi addımları regionda vəziyyətin daha da gərginləşməsinə yol aça bilər.

Bizim.Media xəbər verir ki, bu barədə bəyanatla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Daimi Şurasının fəaliyyətdə olan sədri Viktor Vasilyev Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı deyib.

V. Vasilyev Cənubi Qafqazdakı mövcud vəziyyətə toxunaraq Ermənistandakı seçki proseslərinin də nəzərə alınmalı olduğunu bildirib:

"Cənubi Qafqazdakı vəziyyətə, o cümlədən Ermənistandakı seçkilərə xüsusi diqqət yetirilməlidir. ABŞ-ın Zəngəzur dəhlizinin təhlükəsizliyini guya təmin etmək planları, Avropa İttifaqı (Aİ) ölkələrinin Ermənistanı öz hərbi strukturlarına daxil etmək niyyətləri, eləcə də bu regiondakı digər qeyri-dost addımlar gələcəkdə vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxaracaq. Biz vəziyyəti nəzarətdə saxlayırıq", — deyə KTMT rəsmisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin