G7 dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 45,5 milyard dollar ayırdı

Hazırda oxunan: G7 dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 45,5 milyard dollar ayırdı

621252

"Böyük Yeddilik" (G7) ölkələri dondurulmuş Rusiya suveren aktivlərindən əldə edilən gəlirlər hesabına cari ildə Ukraynaya 6,6 milyard dollar məbləğində kredit ayırıb. Bununla da bu proqram çərçivəsində Kiyevə verilən ümumi maliyyələşmənin həcmi artıq 45,5 milyard dollara çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Ukrayna Maliyyə Nazirliyinin hesabatlarına istinadən yayılıb.
 

ABŞ bu mexanizm çərçivəsində ilk vəsaiti 2024-cü ildə ayıraraq Ukraynaya 1 milyard dollar təqdim edib, lakin sonradan Vaşinqton bu proqram üzrə maliyyələşməni dayandırıb. Kreditləşmənin əsas yükünü G7-nin digər üzvləri və Avropa İttifaqı öz üzərinə götürüb. Belə ki, digər tərəfdaşlar tərəfindən Ukraynaya 2025-ci ildə 37,9 milyard dollar, 2026-cı ilin ötən dövründə isə qeyd olunan 6,6 milyard dollar vəsait yönəldilib.


Xatırladaq ki, G7 liderləri Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin (təxminən 300 milyard dollar) gəlirləri ilə təminat altına alınan ümumilikdə 50 milyard dollarlıq "Müstəsna Gəlirlərin Sürətləndirilməsi" (ERA) kredit paketini təsdiqləmişdilər. Bu vəsaitlər Ukraynanın hərbi, büdcə və yenidənqurma ehtiyaclarının qarşılanmasına sərf olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin